Modern.az

Əbülfəs Qarayev Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

Əbülfəs Qarayev Litvanın ölkəmizdəki səfiri ilə görüşüb

12 Aprel 2017, 16:04

Aprelin 12-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskası qəbul edib.

 

Görüşdə Azərbaycan və Litva arasında turizm və mədəniyyət sahələrində həyata keçirilən layihələrdən və gələcəkdə nəzərdə tutulmuş birgə tədbirlərdən söhbət açılıb.

Qonağı səmimi salamlayan Əbülfəs Qarayev turizm sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində müvafiq işlərin görülməsini, o cümlədən Litvanın turizm şirkətləri ilə yerli turizm şirkətləri arasında görüşlərin keçirilməsini təklif edib.

 

Azərbaycanda son illər turizm sahəsində həyata keçirilən layihələrdən söz açan nazir dövlət başçısının bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Vurğulanıb ki, bu gün Azərbaycanın turizm sənayesi özünün yeni inkişaf mərhələsini yaşayır.

Əbülfəs Qarayev iki ölkə arasında həyata keçirilən birgə mədəni layihələrdən danışıb, əməkdaşlığın bundan sonrakı inkişafı üçün müəyyən addımların atılacağına ümidvar olduğunu bildirib. Nazir həmçinin Azərbaycanda mədəniyyət və turizm sahələri üzrə müvafiq hüquqi bazanın mövcud olduğunu, bunun Litva ilə də hər iki sahə üzrə əməkdaşlığın genişləndirilməsinə şərait yaratdığını deyib.

 

Səfir Valdas Lastauskas səmimi qəbula görə təşəkkürünü bildirib və iki ölkənin mədəniyyət və turizm sahələri üzrə gələcəkdə daha da geniş birgə fəaliyyət göstərəcəyinə əminliyini dilə gətirib.

Görüş Azərbaycanla Litva arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam edib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu