Modern.az

3 marşrut avtobusunun sonuncu dayanacağı dəyişdirildi

3 marşrut avtobusunun sonuncu dayanacağı dəyişdirildi

12 Aprel 2017, 16:22

Paytaxtın inzibati ərazisində əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xəttləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib.

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

 

O bildirib ki, dəyişikliyə əsasən 15.04.2017 tarixindən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobuslarının son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib:

 

“Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər.  

 

Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci sahə Bayıl dairəsində müşahidə edilən sıxlığn da aradan qalxması baxımından da əhəmiyyətlidir”.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu