Səbail rayonu, Şıx qəsəbəsində yerləşən “Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.
Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
O qeyd edib ki, tikilməkdə olan binanın 2-ci mərtəbəsi uçub:
“Xilasedicilər hadisə yerindən 2 nəfərin meyitini çıxarıblar. Axtarış işləri davam etdirilir”.
O.Bayramov uçqunun səbəblərinin araşdırılacağını bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı binada 6 nəfər olub. Onlardan 2-si ölüb, 4-ü isə xəsarət alıb.
Gülşən RAUFQIZI