Modern.az

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib-FOTO

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib-FOTO

12 Aprel 2017, 21:11

Azərbaycan Kikboksinq federasiyası Təşkilatçılığı ilə Qusarda Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş Kikboksinq üzrə peşəkarlar arası turnir keçirilib. 

 
Modern.az xəbər verir ki, tədbir Qusarda yerləşən Ulu öndər Heydər Əliyevin abidəsinin önünə əklil qoyulması ilə başlayıb. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun məzarı ziyarət olunub.
 
Turnirdə açılış mərəsimində çıxış edən Qusar Rayon icra hakimiyyətinin başçısı Şaiq Abxazov bildirib ki, ölkə prezidenti İlham Əliyevin yeritdiyi siyasət nəticəsind idman çox inkişaf edib.
 
"Azəbaycanın bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməsi inkişafın göstəricisidir. Gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bütün bunlar Prezident İlham Əliyevin yeritdiyi siyasətin nəticəsidir. Qusar Rayonu qəhrəmanların və idmançıların ən başlıca məskənlərindən biridir. Çingiz Qurbanovun valideynləri əmin olsunlar ki, övladlarının qanı yerdə qalmayacaq".
 
Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev deyib ki, Azərbayanın Milli Qəhrəmanı Çingiz Qurbanov Azərbaycan Kikboksinq  federasiyasının üzvü olub. 
 
"Qusar Azərbaycana neçə-neçə ziyalılar, mərd oğullar bəxş edib. Çingiz də onlardan biridir. Çingiz təkcə Qusarın yox, bütün Azərbaycanın oğludurO bu Vətən uğrunda canından keçərək şəhid oldu. Azərbaycan öz qəhrəmanları ilə fəxr edir. Çingiz Qurbanovun qəhrəmanlığına ən böyük diqqət və qayğını ölkə prezidenti İlham Əliyev göstərib. Gənclər Çingiz kimi vətənpərvər olmalıdır".
 

 Adil Əliyev Çingiz Qurbanovun idman ustası vəsiqəsini Salman Qurbanova təqdim edib.

Tədbirdə kikboksinq idman növü üzrə nailiyyət əldə etmiş idmançılar diplom və fəxri fərmanlarla təltif edilib.

Daha sonra yarış başlayıb.

Kikboksinq yarışında Elşad Ələsgərov (57 kq), Elşən Qəniyev (64 kq), Turan Qədimov (67kq), Rəhim Əliyev (71 kq (low kik)), Alişan Aslanlı (81 kq (k1)), Emil Mövsümzadə (75 kq (k 1)), Bəhrəm Rəcəbzadə (91 kq (k1)) qalib olub.

Qaliblərə kubok və mükafat verilib. 

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Bu il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə Sərəncam imzalayıb. 

 

Qafar Ağayev

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu