Modern.az

Ərdoğanla bağlı kitab satışdan yığışdırıldı

Ərdoğanla bağlı kitab satışdan yığışdırıldı

12 Aprel 2017, 21:41

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan haqqında yazılan kitab satışdan çıxarıldı. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident onun şərəfinə yazılan "Erdoğannamə" adlı kitabda inanc və mədəni dəyərlərə uyğun gəlməyən şeirlərə görə əsəbləşib.

Bu səbəbdən kitabın nəşr olunmasının dayandırılmasını və satışdan çıxarılmasını tələb edib.

Rəcəb Tayyip Ərdoğanın vəkili Hüseyn Aydın bildirib ki, prezident bu kitabın çapından mənmun olmayıb: “Prezidentimiz siyasi həyatı boyunca yüksək təriflərə, inanc və mədəni dəyərlərə uyğun gəlməyən müqayisələrə, eyniləşdirmələrə görə heç vaxt mükafat verməyib. Bu cür davranışlar hörmətli prezidentimizi məmnun yox, mütəəəsir edib"

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB