Modern.az

ABŞ-la Rusiya Suriya məsələsində RAZILAŞDI

ABŞ-la Rusiya Suriya məsələsində RAZILAŞDI

12 Aprel 2017, 22:11

Rusiya və ABŞ Suriyada əməkdaşlıq məsələsində razılıq əldə edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə görüşdən sonra jurnalistlər qarşısına çıxan Reks Tillerson qeyd edib ki, Suriyada hansı şəkildə işləyəcəkləri ilə müzakirələr davam etdiriləcək: “Bizim əməkdaşlığımıza mane olmaq cəhdləri var idi. Düşünürük ki, bu heç də uzaqgörən yanaşma deyil. Tarix göstərib ki, Moskva və Vaşinqton əməkdaşlığından təkcə xalqlarımız deyil, bütün dünya udur”.

 

Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB