Modern.az

QHT Şurası QHT-lər üçün müsabiqə elan etdi

QHT Şurası QHT-lər üçün müsabiqə elan etdi

15 Aprel 2011, 16:07

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası korrupsiya ilə mübarizə sahəsində QHT layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir. Şura aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcəkdir:

SN

Mövzunun adı

1 layihə üçün maksimum məbləğ (AZN)

1

Korrupsiyaya qarşı mübarizə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə yardım göstərilməsi

Bu istiqamət üzrə  müsabiqəyə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi ilə bağlı təşəbbüslər, yeni internet resurslarının  yaradılması və s. bağlı layihələr təqdim edilə bilər.

10.000,0

2

Etik  davranış qaydalarının təkmilləşdirilməsi

Bu istiqamət üzrə dövlət qulluğunda etik davranış qaydalarının tətbiqi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi, etik davranış qaydalarına  riayət olunmasının monitorinqi, dövlət qulluğunda etik davranış qaydaları ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması məqsədilə tədbirlərin, maarifləndirmə və məlumatlandırma kampaniyalarının təşkilini nəzərdə tutan layihə təklifləri təqdim edilə bilər 

8.000,0

3

Vətəndaşlar tərəfindən dövlət orqanlarına  ərizə və müraciət edilməsi  işinin təkmilləşdirilməsinə dəstək

Bu istiqamət üzrə dövlət orqanlarında vətəndaşların ərizə və müraciətlərinə baxılması vəziyyətinin monitorinqi, bu sahədə yeni təcrübənin tətbiqi, maarifləndirmə və məlumatlandırma tədbirlərinin, pulsuz hüquqi yardım xidmətinin təşkilini və s. nəzərdə tutan layihə təklifləri təqdim edilə bilər 

9.000,0

4

Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında əməkdaşlığın təşviqi

Bu istiqamət üzrə vətəndaş cəmiyyəti institutları ilə özəl sektor arasında əməkdaşlığın təşviqinə yönəlmiş təşəbbüslərin, ictimai müzakirələrin, birgə tədbirlərin keçirilməsini, təlimləri, məlumatlandırma və maarifləndirmə kampaniyalarının həyata keçirilməsini nəzərdə tutan layihə təklifləri təqdim edilə bilər

9.000,0

5

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya ilə bağlı regionlarda maarifləndirmə və məlumatlandırmanın təşkili

Bu istiqamət üzrə dəyirmi masaların, ictimai müzakirələrin, radio və televiziya debatlarının təşkilini,  məlumatlandırma və maarifləndirmə istiqamətində digər tədbirləri nəzərdə tutan layihə təklifləri təqdim oluna bilər

10.000,0

 

Müsabiqənin ümumi fondu 50 min manat təşkil edir.

Ərizələr 15 aprel 2011-ci il tarixdən həftənin  I-V günlərində (yalnız iş günləri) saat 10.00-dan 18.00-dək  Şuranın ofisində qəbul  olunur. Ərizə  şəxsən təqdim edilməli və ya poçtla göndərilməlidir. Ərizələrin qəbulu üçün son tarix:  06 may 2011-cu il saat 16.00 

İxtisaslaşmış və təcrübəsi olan QHT-lərə üstünlük veriləcək.

Müsabiqənin nəticələri 2011-ci ilin iyunun 01-dən sonra elan olunacaq.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal