Modern.az

Qazaxıstan latın əlifbasına keçir

Qazaxıstan latın əlifbasına keçir

12 Aprel 2017, 22:53

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətə ilin sonunadək qazax əlifbasının latın qrafikasına keçidini hazırlamağı tapşırıb. Modern.az xarici mediaya istinadən xəbər  verir ki, 2018-ci ildə yeni qazax əlifbasının vahid standartının hazırlanması planlaşdırılır.

Qazaxıstan prezidenti bildirib ki, əlifbanın latın qrafikasına tam keçidi 2025-ci ilədək başa çatacaq.

Bundan başqa, gələn ildən etibarən latın qrafikasının tədrisi üzrə mütəxəssislərin hazırlanması və orta məktəblər üçün dərsliklərin yazılması nəzərdə tutulur.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu