ABŞ Dövlət katibi Reks Tillerson Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və prezident Vladimir Putinlə gərgin danışıqlar aparıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşlərin yekunun ilə bağlı jurnalistlərə danışan Lavrov ABŞ-ın Əsədi devirmək üçün B planının olduğunu deyib.
“Rusiya aviasiyası Suriyaya gəlməyənə qədər Obama administrasiyası İŞİD və Ən-Nüsrə Cəbhəsi ilə effektiv mübarizə aparmırdı. Sonralar da onlar İŞİD-in yalnız müəyyən mövqelərini bombalayırdı. Bizim heç bir şübhəmiz yoxdur ki, Ən-Nüsrə Cəbhəsi qruplaşmasını qoruyan ABŞ Əsəd rejimini devirmək üçün onlardan istifadə edəcək”.
Bundan başqa, Lavrov Suriyada əsas hədəflərin İŞİD və Ən-Nüsrə Cəbhəsi qruplaşmaları olduğunu deyib.
Reks Tillerson isə Bəşər Əsədin mütləq Suriya siyasi arenasından getməli olduğunu deyib. Onun fikrincə, bu proses nizamlı olmalıdır.
Vüqar İSMAYILOV