Modern.az

Casuslar barədə məlumat verənlərə pul veriləcək

Casuslar barədə məlumat verənlərə pul veriləcək

13 Aprel 2017, 00:11

Çinin Dövlət Təhlükəsizlik İdarəsi vətəndaşlara casusluq fəaliyyəti barədə dövlət qurumlarına məlumat verməyi təklif edib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hökumət bu cür məlumat müqabilində 500 min yuanadək və ya 72 min dollara yaxın mükafat vəd edib.

Bu cür informasiyaya malik vətəndaşlar telefon vasitəsilə, məktub yollamaqla və ya təhlükəsizlik orqanlarına şəxsən gəlməklə məlumat verə bilərlər. Mükafatın məbləği verilən informasiyanın vacibliyi ilə müəyyən olunacaq.

Məlumata görə, ən az pul mükafatı 10 min yuan və ya 1500 dollara bərabər olacaq.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu