Modern.az

Rusiya Suriya ilə bağlı qətnaməyə qarşı çıxdı

Rusiya Suriya ilə bağlı qətnaməyə qarşı çıxdı

13 Aprel 2017, 00:27

Rusiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Suriya ilə bağlı qətnaməsinin qəbul edilməsinə imkan verməyib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya Veto hüququndan istifadə edib. Rusiyadan başqa Boliviya da qətnamənin əleyhinə səs verib, Çin isə bitərəf qalıb.

Məlumata görə, qətnamə layihəsi ABŞ, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.

Qeyd edək ki, aprelin 4-də Xan-Şeyxun şəhərində kimyəvi silahdan istifadəni pisləyən qətnamədə rəsmi Dəməşqdən insidentin baş verdiyi tarixdə bütün hava əməliyyatları ilə bağlı məlumat tələb edilir.

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB