Futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk görüşlərinə yekun vurulub. Modern.az xəbər verir ki, turun növbəti görüşü Almaniyanın "Bavariya" və İspaniyanın "Real Madrid" klubu arasında keçirilib. Oyunda ilk qolu Münhen klubu vursa da, sonadək hesabı qoruya bilməyib. Oyunun ikinci hissəsində Kriştianu Ronaldu vurduğu iki qolla alman klubunu məğlub edib.
Qeyd edək ki, bu oyunda iki qol vuran Kriştianu Ronaldu Avropa kuboklarında 100-cü dəfə fərqlənib. Bu dublla portuqaliyalı futbolçu yubileyə çatan ilk oyunçu olub.
Modern.az