Modern.az

Milli Məclis “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

Milli Məclis “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsini müzakirəyə çıxarıb

15 Aprel 2011, 16:28

Milli Məclisin bugünkü axşam iclasının gündəliyinə “Kənd təsərrüfatı kooperasiyaları haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıb. Bu barədə Modern.az-ın parlamentin axşam iclasında iştirak edən əməkdaşı bildirib. İlk olaraq Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsi barədə məlumat verib.

Qeyd edək ki, bu qanun kənd təsərrüfatı kooperativlərinin forması və təşkilini, kooperativlərin və onların rıçaqlarının yaranması, faəliyyətinin hüquqi-təşkilatı əsaslarını müəyyən edir, kooperasiya proseslərində yaranan münasibətləri tənzimləyir.

Milli Məclisin müzakirəsinə çıxarılmış qanun layihəsi 10 fəsil 57 maddədən ibarətdir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?