Rəsmi məlumat görə, məmurlar 100 minlərlə manat məbləğində pozuntulara yol verirlər.
Hesabalama Palatası tərəfindən büdcədən maliyyələşən idarə və təşkilatlarda aparılan nəzarət tədbirlərinin nəticələri göstərir ki, ən çox rast gəlinən nöqsan “Dövlət satınalmaları haqqında” Qanununun tələblərinin pozulması və vəsaitlərin təsdiq olunan təyinatdan kənarlaşması hallarına yol verilməsidir. Modern.az-ın məlumatına görə, bu barədə Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda bildirilib.
““Dövlət satınalmalar haqqında” qanunun tələblərinin pozulması, o cümlədən satınalmanın ehtimal olunana qiymətinin hesablanmaması və ya artıq hesablanması ehtimal olunan qiyməti 300 min manatdan çox olan satınalmalara İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələrinin dəvət olunmaması, satınalma metodunun əsassız olaraq dəyişdirilməsi, keçirilən satınalma prosedurunun nəticəsi olaraq bağlanılan müqavilənin icrası prosesində müqavilə predmetinin və qiymətlərin artırılması, satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərənlərin (podratçıların) maliyyə vəziyyətləri ilə bağlı zəruri sənədlərin alınmaması, şübhəli və etibar doğurmayan reputasiyaya malik malgöndərən təşkilatlara dəvətlərin göndərilməsi, satınalmalarda bu tip təşkilatların iştrak etməsi və onlarla müqavilələrinin bağlanılması, ümumiyyətlə, satınalma prosedurları keçirilmədən birbaşa müqavilələr əsasında büdcə vəsaitinin xərclənilməsi bəzi hallarda korrupsiya hüquqpozmalarına şərait yaradan amillərdən birinə çevrilir”-deyə hesabatda bildirilib.
Hesablama Palatası qeyd olunan qanunsuzluqları nəzərə alaraq, qanunvericiliklə müəyyən edilən satınalma proseduraların pozulmasına görə İnzibati Xətalar Məcəlləsində beynəlxalq təcrübəyə uyğun ciddi inzibati məsuliyyətin müəyyən edilməsini və yol verilən prosedur pozuntularının xarakterinə uyğun məsuliyyətin diffrensiallaşdırılmasını məqsədəmüvafiq hesab edir.
Hesablama Palatası təinatdan kənarlaşmanı, xərclərin istiqamətinin dəyişdirliməsini qanunvericiliyin tələblərinin kobud pozuntusu hesab edir.
Belə pozuntulara yol verən vəzifəli şəxslər barədə inzibati tənbeh kimi İnzibati Xətalar Məcəlləsində (Maddə 204-1) 400 manatdan 500 manatadək cərimə nəzərdə tutulub. Bu maddədə nəzərdə tutulan məsuliyyət 300 manatdan çox olan məbləğdə törədildikdə yaranır. “Aparılan nəzarət tədbirləri göstərir ki, xətalar bəzi halarda 1000 manatla, bəzi hallarda isə 100 minlərlə manat məbləğində törədilir.
Sosial ədalətin bərpası və inzibati xətaların törədilməsinin qarşısının alınması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və onların belə əməllərdən çəkindirilməsi məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinin daha da sərtləşdirliməsini və cərimə məbləğinin artırılmasını (vəzifə maaşının bir neçə misli) məqsədə uyğun hesab edirik”- deyə Hesablama Palatası təkliflə çıxış edib.
Modern.az