Liviya lideri Muəmmər Qəddafinin qızı Aişə Qəddafi xarici mediaya açıqlamasında beynəlxalq toplumun atasının istefasını tələb etməsini Liviya xalqı üçün alçaldıcı istək olduğunu deyib.
Modern.az-ın məlumatına görə, Aişə Qəddafi atasının Trablusdakı evindən 100-ə qədər gənc rejim nümayəndəsinə xitabən bildirib ki, Qəddafinin hakimiyyətdən getməsindən söz etmək bütün liviyalılar üçün alçaldıcı vəziyyət və təhqirdir.
Hüquq professoru Aşə Qəddafi koalisiya qüvvələrinə “atamı öldürmək istəyirsiniz. Amma siz hansı vətəndaş hüquqularından söz edirsiniz? Əlində pulemyot, əl bombası daşıyan vətəndaşlardanmı?” deyə müraciət edib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi və İngiltərə baş naziri David Kemeron Liviyanın Müəmmər Qəddafi ilə gələcəyinin olmadığını bəyan ediblər. Üç lider NATO-dakı müttəfiq qüvvələrinin son hədəfinin artıq Liviya lideri Müəmmər Qəddafinin iqtidardan düşməsini təmin etmək olduğunu bildirib.
“Hərbi əməliyyatların məqsədi Qəddafinin getməsini tezləşdirməkdir. Öz xalqını öldürən bir şəxsin ölkənin gələcəyində rol oynaması düşünülə bilməz”.
Onlar Liviyadaki əməliyyatların davam etdirilməsinin lazım olduğu vurğulayıblar.
Modern.az