Artıq 6 ildən çox müddətdir ki, davam edən Suriyada vətəndaş müharibəsinin həlli çox uzaq perspektivdə görünür.
30-a qədər ölkənin iştirakçısı olduğu konflikti bəziləri 3-cü Dünya Müharibəsinin kiçik varinatı da adlandırırlar. Doğurdan da, Suriya torpaqlarında Türkiyə, Rusiya, ABŞ, beynəlxalq koalisiya qüvvələri, Əsəd rejiminin qoşunları, onlarla kiçik silahlı qruplaşmalar və s. hərbi mövcudluğunu saxlayır. Bu illər ərzində yüzminlərə insanın ölümü, milyonlarla qaçqının yaranmasına, Cenevrə və Astana şəhərlərində beynəlxalq təminatlar altında danışıqların başlanmasına baxmayaraq, münaqişənin əsaslı həlli üçün addımlar yetərsiz olub.
Və belə görünür ki, yetərsiz də qalacaq. Çünki dünya gücləri – Qərblə Rusiya arasındakı ziddiyyətlər, Bəşər Əsəd rejiminə fərqli baxışları müharibəni sonladırmağa imkan vermir. İlk növbədə, ümumi həll variantı, tərəfləri razı salacaq təkliflər paketi məsələnin həllini yaxınlaşdıra bilər.
İnsanları ən çox narahat edən suallardan biri radikal qruplaşmaların. xüsusən İŞİD-in ölkədə varlığına son qoyulmasından sonra yaranacaq vəziyyərdir. Sirr deyil ki, Rusiya və İran Bəşər Əsəd rejiminin hakimiyyətdə qalmasını və müharibə başa çatdqıdan sonra yaranacaq yeni hökumətdə təmsil olunmasını istəyir. ABŞ başda olmaqla, beynəlxalq birliyin buna etiraz etməsi konfliktin daha da dərinləşməsinə səbəb olan amillərdən sayılır.
Ekpsertlərin fikrincə, Kreml və Tehran Əsədin siyasi gələcəyi ilə bağlı məsələdə güzəştlərə getməyə hazır olsalar, bu yöndə Dəməşq rejimin təzyiqlər göstərsələr, 6 il davam edən dəhşətli müharibə qısa zamanda həllini tapar. Lakin İdlibdə hökumət aviasiyasının müxalif Ən Nüsrə Cəbhəsinin mövqelərinə kimyəvi silahla hücum etməsi, 80-dən artıq mülki şəxsin ölümünə səbəb olması tərəflər arasında dərin ziddiyyətlərin olmasından xəbər verir.
Başqa bir tərəfdən, Suriya münaqişəsinin uzanması Avropa ölkələrinin maraqlarına uyğun gəlmir. Miqrant böhranı və terror dalğası ilə üz-üzə qalan “qoca qitə” qonşu regionda yerləşən və bütün dünyanın stabilliyini təhlükə altına alan müharibənin tezliklə bitməsində maraqlıdır. Təsadüfi deyil ki, BMT-nin təşkilatçılğı ilə münaqişənin həllində hələki ən effektiv meydan İsveçrənin Cenevrə şəhərində keçirilən danışıqlar olmuşdu. Amma Avriopanın səyləri nəticəsiz qalır.
Rusiyaya gəldikdə, Obama administrasiyası zamanı Putin vətəndaş müharibəsində ölkəsinin nüfuzu xeyli yüksəltmişdi. Moskva Ukrayna və digər münaqişələrdən diqqətini yayındırmaq, Yaxın Şərqdə mövqelərini möhkəmləndirmək üçün bundan məharətlə istifadə edirdi. Lakin son hadisələr bu siyasətin faydalı nəticələr verməyəcəyindən xəbər verir. Xüsusən, Donald Trampın Əsədi bombalaması barədə cəsarətli göstəriş verməsi Kremlin planlarına ciddi zərbə olub. Moskva artıq seçim etməli olduğunu – ya Əsədlə, ya da Əsəd qarşı olmağı anlamalıdır.
Suriyanın münaqişəsinin uzanması ABŞ-a da Yaxın Şərqdə mövqelərini möhkəmləndirməyə imkan verib. Belə ki, Suriya müxalifət ilə isti münasibtələr quran, yerli kürdləri İŞİD-ə qarşı qaldıran, həmçinin regionun Türkiyə kimi nəhəng gücü ilə dosltuq münasibətlərini yenidən bərpa edən Vaşinqtona yalnız Əsədi devirmək və bölgəni radikla qruplaşmalardan təmizləmək qalır.
Bütün bu amillər, supergüclərin toqquşan maraqları Suriya münaqişəsinin yaxın 1 il ərzində həll olunmayacağını göstərir.
Vüqar İSMAYILOV