Modern.az

6 saatlıq dindirmədən sonra İsa Qəmbər polisin binasını tərk edib

6 saatlıq dindirmədən sonra İsa Qəmbər polisin binasını tərk edib

15 Aprel 2011, 17:50

Müsavat Partiyasının başqanı İsa Qəmbər Bakı Şəhər Baş Polis İdarəsində istintaqa 6 saat ifadə verdikdən sonra oranı tərk edib. Binanın qarşısında onu gözləyən jurnalistlərə açıqlamasında Müsavat başqanı bildirib ki, onu 2 aprel mitinqi ilə bağlı 2 nəfər dindirib.

Suallar İctimai Palatanın aprelin 2-də keçirdiyi aksiya ilə bağlı olub. İsa Qəmbəri dindirənlərdən biri 2 aprel aksiyası ilə bağlı yaradılan istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev olub.

"Müxalifət liderləri də həbs edilə bilərlərmi” sualına İ.Qəmbər "problem yoxdur. Biz bu mübarizənin önündə gedirik. Hakimiyyət bizim qanuni aksiya hüququmuzu cinayət kimi qəbul edirsə, buyurub, həbs etsinlər” deyə cavab verib.

Müsavat başqanı ona İctimai Palatanın aprelin 17-nə təyin etdiyi aksiya barədə heç bir sual verilmədiyini söyləyib.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?