Modern.az

“Qeydiyyatın ləğv olunmasında onların işini istisna etmirik” – ÜAK-dan AÇIQLAMA

“Qeydiyyatın ləğv olunmasında onların işini istisna etmirik” – ÜAK-dan AÇIQLAMA

13 Aprel 2017, 15:02

“Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK)  qeydiyyatının ləğv olunması ilə bağlı dünən keçiriləcək məhkəmə işi təxirə salınıb. Səbəb də o gətirildi ki, həmin vaxt başqa bir yerdə məhkəmə prosesi gedib. Ona görə də növbəti məhkəmənin vaxtı aprelin 25-nə təyin olunub”.

 

 

Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev deyib.

 

O  bildirib ki, növbəti məhkəmədən gözləntiləri daha çoxdur.

“Ümid edirik ki, aprelin 25-nə təyin olunan məhkəmə prosesində ÜAK-ın qeydiyyat məsələsi həll olunacaq və biz əvvəlki qaydada işimizə davam edəcəyik. Onu da deyim ki, ÜAK-ın fəaliyyətini gözü götürməyənlər çoxdur.

 

Bir neçə il olar ki, Ümumrusiya Azərbaycan Konqresinə  qarşı kənar qüvvələrin maneələri ilə rastlaşırdıq. Bu baxımdan da qeydiyyatın ləğv olunması məsələsində onların işini istisna etmirik. Hətta, bizim təşkilatımıza görə narahat olanlar var. Keçən həftədən etibarən, ÜAK məsələsinə görə çoxlu müraciətlər, ictimai təşkilatlardan çoxlu zənglər daxil olub”.

 

Qeyd edək ki, ÜAK-ın qeydiyyatının ləğv olunması ilə bağlı Rusiyanın Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət edib. Bu məsələ Azərbaycanda da ciddi rezonans doğurub.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu