Modern.az

Madaqaskarda qəribə adət: Ölü məzardan çıxarılır-FOTO

Madaqaskarda qəribə adət: Ölü məzardan çıxarılır-FOTO

13 Aprel 2017, 15:39

Madaqaskarın paytaxtı Antananarivonun 50km uzaqlığında yerləşən Ambohitseheno şəhərindəki Nanjakana Morarano kəndində ölüləri qəbirdən çıxarma ənənəsi var.

Modern.az xəbər verir ki, ölümlə həyat arasında əlaqə qurduqlarına inandıqları üçün ölüləri qəbirdən çıxarma ənənəsini davam etdirən kəndlilər, özlərini  bu şəkildə atalarının adını daşımağa layiq görürlər.

Proses 3 gün müddətində davam edir.

 

İlk gün kənddəki bütün əhali yeməyə dəvət edilir.

 

 

2-ci gün Hira Gasi adı verilən ənənəvi musiqilərin müşayiəti ilə rəqs edilir. 3-ci gün isə ölüləri qəbirdən çıxarma prosesi başlayır.

 

 

 Qəbirdən çıxarılan ölülər, köhnə kəfəndən çıxarılıb yeni kəfənlərə bükülür. Köhnə kəfənlər isə uşaqları olsun deyə, sonsuz qadınlara və ya şans gətirdiyinə inanan kəndlilərə verilir.

Yeni kəfənə sarılan cənazələr, quruması üçün 7 gün saxlanılır.

Bundan sonra 7 dəfə məzarının ətrafında çevrə vurularaq rəqslər altında yenidən  məzarlarına qoyulur.

 

Qafar Ağayev

Sizə yeni x var
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB