Modern.az

Bahar Muradova: "Radikal müxalifət parlamentdə təmsil olunan müxalifəti belə qəbul etmir”

Bahar Muradova: "Radikal müxalifət parlamentdə təmsil olunan müxalifəti belə qəbul etmir”

15 Aprel 2011, 18:04

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, radikal müxalifət üzvlərinin hər birini düşmən kimi qəbul etmək olmaz.

“Ancaq mən bəzi şeyləri demək istəyirəm. İctimai Palatada toplaşan radikal müxalifət nümayəndələri tək YAP üzvlərini deyil, parlamentə təmsil olunan müxalifəti belə qəbul etmirlər. Guya onlar İqbal Ağazadəni istəyirlər? “İqbalı Ağazadə İctimai Palataya gəlməsin” deyirlər”.

B.Muradova qeyd edib ki, ABŞ və digər ölkələrin səfirləri müxalifətlə qapalı toplantının Azərbaycanla ölkələri arasında olan münasibətlərə xələl gətirə biləcəyini düşünməlidirlər:
“Mən onların yerinə olsam, izahat verərdim. Mətbuat onların müxalifətlə maliyyə məsələlərini müzakirə etdiyi yazır”.

B.Muradova bildirib ki, səfirliklərin yerində olsa sözügedən görüşlə bağlı hesabat verərdi.
“Gizli danışıqlar zamanı maliyyə məsələləri müzakirə olunub. Müxalifət belə bir fikir səsləndirir ki, hakimiyyət nümayəndələri də beynəlxalq təşkilatlarla, səfirliklərlə görüşür. Amma gəlin baxaq, bizim görüşlərimizdə kimlər iştirak edir, beynəlxalq nümayəndəliklər, jurnalistlər... Bizim görüşümüzü mətbuat cəmiyyətə sərgiləyir. Amma demokratiyadan danışanların keçirdiyi görüşləri mətbuata çıxartmırlar, deməli bunların hər hansı gizli məsələləri var”.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?