Modern.az

Türkiyədəki referendum Avropa Birliyini niyə qıcıqlandırır?

Türkiyədəki referendum Avropa Birliyini niyə qıcıqlandırır?

13 Aprel 2017, 16:29

Aprelin 16-da Türkiyədə konstitusiya referendumu keçiriləcək. Ölkənin gələcək inkişafı baxımından taleyüklü rola malik bu referendum türk cəmiyyətinin çətin sınağını kimi də qəbul oluna bilər.

 

Əgər vətəndaşlar 18 maddədən ibarət dəyişiklik paketinə “hə” cavabı versələr, onda prezident səlahiyyətləri kəskin artacaq və yalnız cüzi olaraq parlament tərəfindən məhdudlaşdırılacaq.

 

Məsələn, prezident vitse-prezidentləri, nazirləri təyin etmək yaxud vəzifədən çıxarmaq, referendum və fövqəladə vəziyyət elan etmək hüququna malik olacaq. Bundan başqa, parlamentin bir sıra səlahiyyətləri də prezidentə veriləcək.

 

Parlamentdə deputat sayı 550-dən 600-ə qədər artırılacaq, onların səlahiyyət müddəti isə 4 ildən 5 ilə qaldırılacaq, parlament və prezident seçkiləri eyni gündə həyata keçiriləcək. Eyni zamanda, deputatlar nazirlərdən izahat tələb etmək hüququndan məhrum olacaq. Digər tərəfdən. Deputat seçilmək üçün yaş senzi 25-dən 18-ə salınacaq, deputat seçilmək üçün hərbi xidmət keçmək tələbi də aradan qaldırılacaq.

 

Dünya birliyinin Türkiyədəki referenduma münasibəti fərqlidir. Belə ki, ABŞ, Böyük Britaniya və Rusiya kimi dövlətlər konstitusion referendumla bağlı mövqeyindən frqli olaraq, Avropa Birliyi Ankaranın planlarına qarşı sərt münasibət sərgiləyir.

 

Xüsusən, mart ayında Hollandiya, Avstriya və Almaniya ilə bağlı yaşanan qalmaqallar diqqəti cəlb edir. Hollandiya baş naziri Mark Rütte Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin Rotterdama enməsinə icazə vermədi, Almaniyadan ölkəyə ərazisinə daxil olan ailə işləri üzrə nazir Fatma Betül Kaya isə konsulluğunu ərazisinə buraxılmayaraq geri göndərilmişdi.

 

Prezident Ərdoğanın məsələyə münasibəti isə sərt alınmışdı. O, Avropa liderlərini faşist metodları hərəkət etməkdə ittiham etmişdi.

“Bilirsiniz, Türkiyə nə üçün 54 ildir ki, Avropa Birliyinə daxil ola bilmir? Səbəb aydındır: Avropa Birliyi xristian klubudur”.

 

Heç şübhəsiz ki, referendumda sandıqdan “hə” cavabının çıxması Türkiyənin Avropa Birliyinə daxil olmaq şanslarını sıfıra endirəcək. Avropalı siyasətçilər avtoritar bə qeyri-demokratik tendensiyaların artdığı iddiası ilə Ankaraya qarşı münasibətdə sərtləşə bilər. Təbii ki. Ərdoğan ölkə ixracının 50%-dən çoxunun yönəldiyi Avropa ilə münasibətlərin pisləşməsində maraqlı deyil. Amma istənilən halda, cavab addımı kimi sərhədləri açaraq suriyalı miqrantların “qoca qitə”yə daha kütləvi şəkildə axınını təşkil edə bilər.

 

İstənilən halda, aprelin 16-dan sonra Türkiyə və Avropa Birliyi arasında gərginlik artan xətlə gedəcək.

 

Vüqar İSMAYILOV  

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB