Dünyada tanınmış markalardan olan “Barutti” mağazaları da Bakı Şopinq Festivalına (BSF) qoşulub.
Bakının Lev Tolstoy küçəsi, 191 və Azadlıq prospekti, 163 ünvanlarında yerləşən bu brend mağazalarının alıcıları da artıq Festival fürsətlərindən faydalana bilərlər.
Turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Barutti” brend mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Barutti” mağazasında seçilmiş malların qiyməti 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Barutti” mağazasında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə //bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.
Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib üstəlik əlavə dəyər vergisini (ƏDV) də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!
Hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.
Modern.az