ABŞ İŞİD-in Əfqanıstandakı mövqelərini bombalayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.
Məlumata görə, “GBU-43” bombası Nanqarxar əyalətinin Açin rayonuna atılıb.
Qeyd edək ki, çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.
Modern.az