Modern.az

Rusiyanın “Eurovision-2017”də iştirak etməyəcəyi rəsmiləşdi

Rusiyanın “Eurovision-2017”də iştirak etməyəcəyi rəsmiləşdi

13 Aprel 2017, 22:30

Avropa Yayım Birliyi Rusiyanın “Eurovision-2017”də iştirak etməyəcəyini açıqlayıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, təşkilatın nümayəndələrinin məlumatına görə, Rusiyanın müsabiqədə iştirak etməsi üçün bir çox həll irəli sürsələr də, alınmayıb.

Məlumata görə, Rusiya təmsilçisi Yuliya Samoylovanın videokörpü vasitəsilə çıxışını və ya bu ölkəyə təmsilçini dəyişmək təklif edilib. Amma edilən bu təkliflərin heç biri Rusiya tərəfindən qəbul edilməyib. .

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə 3 illik qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB