Modern.az

İndoneziyada təyyarə qəzası

İndoneziyada təyyarə qəzası

13 Aprel 2017, 22:57

İndoneziyada təyyarə dağa çırpılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şərqindəki Papua vilayətində qeydə alınıb.

Ölkənin Milli Axtarış Xilasetmə İdarəsinin məlumatına görə, dağa çırpılan yük təyyarəsinin yeri barədə müəyyən siqnal alınıb. Amma əlverişsiz hava şəraiti səbəbindən xilasedicilər təyyarənin qəzaya uğradığı yerə çata bilməyiblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB