Modern.az

"Beşiktaş" "Lion" oyunu insident səbəbindən ləngiyir

"Beşiktaş" "Lion" oyunu insident səbəbindən ləngiyir

13 Aprel 2017, 23:31

Futbol üzrə Avropa Liqasında Fransanın "Lion" və Türkiyənin "Beşiktaş" komandaları arasındakı 1/4 final mərhələsinin ilk oyunu insident səbəbindən ləngiyir. Modern.az xəbər verir ki, oyunun gecikməsinə səbəb tribunada iki komandanın azarkeşləri arasında baş verən insident olub.  Belə ki, stadionda atılan səs bombalarından sonra "Lion" fanatları meydançaya enib. Yalnız mühafizə xidməti əməkdaşlarının müdaxiləsindən sonra onlar tribunaya qayıdıblar. Bu dəqiqələrdə edilən anonsa görə, oyun bir neçə dəqiqədən sonra başlayacaq.

Qeyd edək ki, "Lion" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 23:05-də başlamalı idi.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB