Əlverişsiz hava şəraiti Rusiya hava limanlarının işini iflic edib. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın hava limanlarında 21 reys ləğv olunub. Daha 20 reys isə gecikir.
Məlumata görə, təkcə "Şeremetyevo" hava limanında 12 reys ləğv olunub, 9-u isə gecikir. "Domodedovo" hava limanında 9 reys ləğv olunub.
Modern.az