Modern.az

Yeni Zelandiyada son 50 ilin ən güclü qasırğası gözlənilir

Yeni Zelandiyada son 50 ilin ən güclü qasırğası gözlənilir

14 Aprel 2017, 00:13

Yeni Zelandiyada son 50 ilin ən güclü qasırğasının olacağı gözlənilir. Modern.az xəbər verir ki, yerli hakimiyyət orqanları təbii fəlakət zonasından əhalinin təxliyəsinə başlayıb. Ölkənin bir sıra regionlarında fövqəladə vəziyyət elan olunub.

Azərtac-ın məlumatına görə, “New Zealand Herald” qəzetinin yaydığı məlumatda “Kuk” siklonunun yaxınlaşması səbəbindən güclü leysan yağışları, beş metr hündürlüyündə dalğalar, sürəti saniyədə 41 metrədək güclənən külək gözlənildiyi bildirilir. Artıq 300-ə yaxın təhsil müəssisəsi bağlanıb, bir çox rayonlar elektrik təchizatında fasilələrlə üzləşib. Sakinlərə ən zəruri əşyalar tədarük etmək tövsiyə olunub. Ölkə daxilində aviauçuşlar qismən dayandırılıb.

 

Yeni Zelandiyada axırıncı dəfə belə güclü qasırğa 1968-ci ildə qeydə alınmışdı. O vaxt da “Jizel” siklonu ölkəni aprel ayında, məhz bu günlərdə vurmuşdu. Mürəkkəb hava şəraitində “Vaxine” bərəsi qəzaya uğramış, 50-dən çox insan həlak olmuşdu.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu