Modern.az

İntihara cəhd edən belə xilas edildi - Video

İntihara cəhd edən belə xilas edildi - Video

14 Aprel 2017, 00:45

Bakı şəhərində intihara cəhd hadisəsi qeydə alınıb. Modern.az “1nyus”a istinadən xəbər verir ki, şəhərin Nəsimi rayonundakı mikrorayonların birində özünə qəsd etmək istəyən şəxs binanın damına çıxıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Beşmərtəbəli binanın damına çıxan polis özünü aşağı atmaq istəyən şəxsi qeyri-adi üsulla xilas edib.

Polis serjantı özünə qəsd etmək istəyən şəxsə yaxınlaşaraq: "Əlini mənə ver, verməyən kişi deyil, verməyən alçaqdır", - deyib.

Belə bir ifadə nəticəsini verib. Çox güman ki, söyüş götürməyən şəxs əlini polisə uzadıb və onu damdan endiriblər.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu