Bu gün daha bir küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mayis Ağayev məlumat verib.
O qeyd edib ki, Səməd Vurğun küçəsi Zabitlər bağının qarşısında (Təzə bazar ist.) aparılan təmir işləri ilə əlaqədar yolun 2 hərəkət zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdır. Sürücülərə alternativ olaraq Azadlıq və Bülbül prospektlərindən istifadə etməkləri tövsiyə olunur.
Gülşən RAUFQIZI