Modern.az

Türkiyə Brexit-dən sonra Avropa Birliyindən imtina edə bilər

Türkiyə Brexit-dən sonra Avropa Birliyindən imtina edə bilər

14 Aprel 2017, 15:30

54 ildir ki, Avropa Birliyinə daxil olmağa çalışan Türkiyə bu fikrindən vaz keçə bilər.

 

Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Türkiyə rəhbərliyi bu qərara Brexit-dən sonra gəlib. Türkiyə prezidentinin baş müşaviri İlnur Sevik Londonda Newsnight telekanalına müsahibəsi zamanı bu fikri təsdiqləyib.

 

“Siz Avropa Birliyindən çıxdığınız zaman, biz ora daxil olmaq istəyirik. İroniya onadır ki, biz ora daxil olmaq üçün çox səy göstərsək də, bizi qəbul etmirdilər. 54 il səfillər kimi qapının ağızda gözləmişik və xalqımız bundan çox narazdır”.

 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Avropa Birliyinə daxil olma prosedurunun onillər boyu uzadılmasına görə, rəsmi Brüsseli tənqid edib.

 

Vüqar İSMAYILOV

 

 

 

         

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu