Rusiyanın Şimali Koreyadakı səfiri Aleksandr Matseqora yaxın zamanlarda Pxenyan tərəfindən ballistik raketlərin buraxılacağını və ya nüvə sınaqlarının keçiriləcəyini istisna etməyib. Modern.az Trend-ə istinadən xəbər verir ki, rusiyalı diplomat bu barədə Şimali Koreya mətbuatında eyhamlı məlumatların yer aldığını bildirib.
Səfirin sözlərinə görə, aprelin 15-də qeyd olunacaq Şimali Koreyanın keçmiş rəhbəri Kim İr Senin 105 illiyi ərəfəsində ölkədə “əlamətdar hadisələrin” baş verəcəyi barədə məlumatlar mətbuatda yer alır.
Modern.az