Türkiyədə antiterror əməliyyatı keçirilib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyatlat İstanbulun 7 rayonunu əhatə edib. Əməliyyatlar zamanı 49 nəfər saxlanılıb. Saxlanılanlardan 8 nəfərinin Türkiyə vətəndaşı, digərlərinin əcnəbi şəxslər olduğu bildirilir.
Məlumata görə, saxlanılanlar sabah keçiriləcək referendum öncəsi ölkədə terror aktı törətməyə hazırlaşırmışlar.
Modern.az