Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Əli Kərim adına Poeziya klubunda araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkün “Qalibiyyət – şəhidlər və şahidlər”, “Samir, Nazim , Elşən!” kitablarının təqdimatı keçirilib. Poeziya klubun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycan Ordusunun ötən ilin aprel ayınada doğma torpaqlarımizi düşmən tapdağından azad edərkən şəhid və qazi olanların həyatından bəhs edən kitabların təqdimat mərasimində Sumqayıt şəhəri İcra Hakimiyyətinin əməkdaşları, Millət vəkilləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi, şəhid ailələrinin üzvləri, tanınmış yazıçılar, şəhər ictimaiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış Poeziya klubunun direktoru, şair İbrahim “Qalibiyyət – şəhidlər və şahidlər”, “Samir, Nazim , Elşən!” kitablarının təqdimatını poeziya evininin fəaliyyət göstərdiyi tarixdə ən möhtəşəm tədbir adlandırdı: “Çünki Aida Ryvazlı Göytürkün yazdığı kitablar ötən ilin aprel ayında vətən torpaqlarını mənfur düşməndən azad edən qəhrəmanlarımızın şücaətindən bəhsd edir. Kitabın şəhidlərimizin bir qəhrəman kimi tarixdə yaşamasına bələdçi olacaq”.
Azərbaycanın əməkdar juranalisti və publisisti Rəhman Orxan kitabın məziyyətlərindən danışaraq qeyd edib ki, həmkarı Aida Eyvazlı heç bir təmənna güdmədən apreldə şəhid olan, qazi olan insanların evlərini kəndbəkənd gəzərək, onların həyatlarını nağıl kimi qələmə alıb. O şəhidlərin ailələrinin bütün dərdini-qəmini qələminin süzgəcindən, qəlbinin süzgəcindən keçirərək vətən oğullarının qəhrəmanlıq tarixini yazıb.
“Şəhid adı, qazi adı hər zaman müqəddəsdir”,- deyən millət vəkili Muxtar Babayev, vətənin torpaqlarını qoruyaraq, azad etdikləri səngərlərdə şəhadətə yetişən şəhidlərimizin adının, xatirəsinin Azərbaycan xalqı üçün əziz olduğunu vurğuladı və qeyd etdi ki, ensklopedik və tarixi məqamlarla dolu olan “Qalibiyyət – şəhidlər və şahidlər” kitabı bu gündən sonra hər bir məktəblinin stolüstü kitabı olmalıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər bölməsinin rəisi polkovnik Natiq Qarayev də Vətən şəhidlərinin adının belə bir nəfis kitabda əbədiləşdirilməsini zəfər tariximizə yazıldığıni qeyd etdi.
Tanınmış yazıçı Varis “Vətənimizin haqq savaşına başladığı gündən sumqayıtlı yazarların hər zaman fərqləndiyini, jurnalist Rəhman Orxanın, Eyruz Məmmədovun da Qarabağ həqiqətlərini daim diqqət mərkəzində saxladıqlarını və bu qızıl pleadaya artıq Aida Eyvazlı imzası da qoşuldu”,- söylydib.
Sumqayıtın ağsaqqal söz ustası şair, əəməkdar mədəniyyət işçisi Əşrəf Veysəlli tədfbirdə iştirak edən şəhid analrının və ailələrinin hər zaman Azərbaycanxalqı üçün əziz olduğunu, şəhidlik məqaminin müqqəddəsliyindən danışaraq, özünün “Şəhid anası gəlir” şerini oxuyub.
Şair bildirib ki, müəllif hər şəhid haqqında yazı yazdıqca özü də hər gün şəhid olurdu. Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin sədri, əməkdar jurnalist Rafiq Oday Aida Eyvazlı Göytürkə “2016-cı ilin aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış vətən oğullarının ömür yolundan bəhs edən “Qalibiyyət – şəhidlər və şahidlər” kitabına görə “Müqəddəs Qələm” media mükafatı ilə təltif edib
Sumqayıt şəhəri İcra hakimiyyətinin humanitar məsələlər üzrə inspektoru Şüşə Aslanova aprel şəhidlərimizin həyatından bəhs edən kitabı bir ana kimi oxuduğunu və müəllifin də bütün anaların, gəlinlərin ağrılarını peşəkarlıqla qələmə aldığını bildirib.
Tədbirdə aprel şəhidlərimiz Şulan Bayramov, Fəxrəddin Qurbanlı, Elvin Mirzəyev, Mühit Orucov, Vüqar Yusifov, Elnur Əliyev, Seymir Baxışov, Murad Məmmədov və Əbdül məcid Axundovun ailə üzvləri də iştirak edirdi. Şəhid ailələrinin adından çıxış edən Əbdülməcid Axundovun anası Vətən şəhidlərinin adını əbədiləşdirdiyi üçün müəllif Aida Eyvazlıya minnətdarlığını bildirərək, əlavə edib ki, Vətən o şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur. Azərbaycanın bütün torpaqlarının işğaldan azad olunmasını arzulayır.
Qarabağ qazisi Usta Fəxrəddin söz alaraq bildirdi ki, onun qardaşı 1992-ci ildə Lələtəpə uğrunda döyüşlərdə həlak olub. Ötən il şəhid qardaşının doğum günündə 2 apreldə isə aprel şəhidləri onun qardaşının arzusunu yerinə yetiriblər.
İbrahim İlyaslı tədbrin sonunda sözü “Qalibiyyət – şəhidlər və şahidlər”, “Samir, Nazim , Elşən!” kitablarının müəllifi Aida Eyvazlı Göytürkə verilib. A.Eyvazlı şəhid analarının, şəhid ailələrinin qarşısında baş əyərək, Vətənimizə Qalibiyyət şərbətini dadızdıran qəhrəmanlarımızın həyatını qələmə aldığından qürür duyduğunu bildiri. Müəllim qeyd etdi ki, “Qalibiyyət – şəhidlər və şahidlər” kitabının ikinci cildi də bu ilin sonuna kimi işıq üzü görəcək.
Tədbirin sonunda qonaqlara, təhsil idarələrinə, şəhərin kitabxanalarına və oxuculara hər iki kitablar müəllifin imzası ilə hədiyyə olaraq təqdim olunub.
Modern.az