Avstriyanın paytaxtı Vyanada iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 9 nəfər olub.
Vyana polisinin açıqladığı məlumata görə, iki sərnişin qatarının toqquşması nəticəsində müxtəlif dərəcəli xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Hadisə nəticəsində ölən yoxdur.
Qeyd edək ki, hazirda hadisənin səbəbləri araşdırılır.
Modern.az