“Şimali Koreya yaxın vaxtlarda yeni nüvə sınaqları keçirə bilər. Bunu 12 apreldə çəkilmiş peyk görüntüləri təsdiq edir. Həmin görüntülərdə Panqiri poliqonunda yüksək aktivliyin olduğu görünür”. Modern.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb. Onların fikrincə, Koreya yarımadasında yeni müharibə ola bilər.
“Panqiri poliqonu Şimali Koreyanın şimal-şərqində Rusiya sərhəddindən 200, Çin sərhəddindən 100 kilometr uzaqlıqda yerləşir. Hazırda, Kim Çen In babasının arzusunu yerinə yetirərək yeni nüvə bombası hazırlayıb. Öz nüvə sınaqlarının sayını artırmaqla, Kim dünya birliyinə təzyiqi artırır. Belə ki, 2006 və 2009-cu ildə nüvə sınaqlarından sonra atası vəfat edən Kim Çen In 2011-ci ildə hakimiyyətə gəldikdən sonra daha 3 sınaq həyata keçirib.
Koreya liderinin xeyrinə oynayan məqamlardan biri həmin bombaların gücü barədə dəqiq informasiyanın olmamasıdır. Bundan başqa, Şimlai Koreya böyük orduya malikdir və Çin ordusundan sonra ikinci ən böyük ordudur. 2012-ci ilin Pentaqon hesabatları Şimali Koreyanın 4 min tank, 730 zirehli döyüş maşını və hazır döyüş vəziyyətində olan 1 milyondan artıq canlı qüvvəsi var.Buna görə, ehtimal müharibədən ən çox qonşu Cənubi Koreya əziyyət çəkəcək. Bundan başqa, onun paytaxtı Seul sərhəddin yaxınlığında yerləşir.
Kim Çen Inın rasional qərarlar verdiyin qəbul etsək, Pxenyanın qonşusuna hücumu ağır nəticələrə, o cümlədən onların hakimiyyətdən salınması ilə nəticələnə bilər. Başqa qüvvələrə, məsələn, İŞİD-ə nüvə texnologiyalarının satılması da ABŞ tərəfdindən müharibə üçün əlavə bəhanə göstərilə bilər. Koreya üzrə ekspert Ryudiger Frank Şimali Korüyanın leqal yolla pul qazanmaq istədiyini düşünür. Axı, ağıllı ən sonda rəqibə çıxış yolu saxlayır.
Bəs bütün bunlar necə görünə bilərdi? ABŞ Şimali Koreya sahillərinə aviadaşıyıcı qrupu göndərdi və bu Trampın Koreya məsələsini hərbi yolla həll etməyi düşündüyünü göstərir. Yaxud da keçmiş biznesmen bununla koreyalılara ultimatum verməyi düşünür. Hər nə olsa da, hələ 1993-cü ildə Bill Klinton Şimali Koreyada nüvə reaktoru tikilərsə, zərbələrin endirəcəyini demişdi.
Eks-prezident Cimmi Karter isə bu məsələdə kompromis əldə edərək müharibənin qarşısını ala bilmişdi. Neft qarşılığında Pxenyan bu addımdan müvəqqəti vaz keçmişdi. Donald Tramp Şimali Koreyaya iqtisadi təklif verə bilərdi. Bu təklim olmasan koreyalılar hərbi güclərini artırmaqda və təhdidlərlə çıxış etməkdə davam edəcəklər.
Vüqar İSMAYILOV