Modern.az

Türkiyədə seçicilərin 51.2  faizi "Evet" dedi - Yenilənir

Türkiyədə seçicilərin 51.2  faizi "Evet" dedi - Yenilənir

16 Aprel 2017, 22:36

Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 98 faizi sayılıb. Modern.az xəbər verir ki, bülletenlərin sayılmasından sonra seçicilərin 51.2 faizi Konstitusiya dəyişikliyinin lehinə səs verib. Seçicilərin 48.8 faizi isə konstitusiya dəyişikliyinin əleyhinə olub.

Qeyd edək ki, referendumda ölkə əhalisinin 84 faizi iştirak edib.

 

21:16

 

Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda səslərin 97 faizi artıq sayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bülletenlərin sayılmasından sonra seçicilərin 51.34 faizi konstitusiya dəyişikliyinin lehinə səs verdiyi məlum olub. Seçicilərin 48.66 faizi isə konstitusiya dəyişikliyinin əleyhinə olub.

 

 

20:02

 

Türkiyədə konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumda səslərin 91 faizi artıq sayılıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, səslərin sayılmasından sonra seçicilərin 52.4 faizi konstitusiya dəyişikliyinin lehinə səs verdiyi məlum olub. Seçicilərin 47.6 faizi isə konstitusiya dəyişikliyinin əleyhinə olub.

Qeyd edək ki, bü gün keçirilən referendumda Türkiyə Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?