Modern.az

İlham Əliyev "Stratfor"un rəhbərini qəbul edib

İlham Əliyev "Stratfor"un rəhbərini qəbul edib

16 Aprel 2011, 18:58

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da "Stratfor" Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridmanı qəbul edib.
Dövlət başçı George Fridmanın ölkəmizə yenidən səfər etməsindən məmnunluğunu bildirib. (AzərTAc)
"Stratfor" Özəl Elmi Korporasiyasının yaradıcısı, icraçı direktoru və baş analitiki George Fridman özünün qlobal dünya siyasətində dəyişikliklərlə bağlı Azərbaycanın regionda aparıcı rolu barədə geniş fikirlərin əks olunduğu “Növbəti onillik” sərlövhəli kitabını dövlət başçısına təqdim edib. George Fridman Azərbaycana səfəri çərçivəsində Naxçıvana gedəcəyini, muxtar respublikada reallaşan sosial-iqtisadi layihələrlə tanış olacağını bildirib.
Naxçıvanın Azərbaycanın ən qədim tarixi bölgələrindən biri olduğunu deyən Prezident İlham Əliyev bütün bu ərazilərin hamısında tarixən azərbaycanlıların məskunlaşdığını, sonradan Zəngəzur mahalının Ermənistana verildiyini və Naxçıvanın Azərbaycandan ayrı düşdüyünü deyib. Prezident İlham Əliyev muxtar respublikaya böyük həcmdə sərmayə yatırıldığını, mühüm sosial və infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlət başçısı qonağın tarixi abidələrlə zəngin Naxçıvana səfərinin maraqlı keçəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər, regional məsələlər, geosiyasi vəziyyət, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?