Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan refendumun ilkin nəticələrinin açıqlanmasından sonra media qarşısına çıxıb. Modern.az xəbər verir ki, xalqa müraciət edən Rəcəb Tayyib Ərdoğan konstitusiya dəyişiklikliyinə səs verənlərə təşəkkür edib.
Türkiyə prezidentinin sözlərinə görə, 25 milyon seçici konstitusiya dəyişikliklərinə “evet” deməklə iqtidarın siyasətini dəstəklədiyi bildirib.
Bundan əvvəl Türkiyədə 7 referendum keçirildiyini bildirən prezident sayca 8-ci refendumun daha əhəmiyyətli olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, referendumun bəzi bəndləri dərhal qüvvəyə minəcək: “Amma prezident idarə üsulu isə 2019-cu ildə prezident seçkiləri ilə birgə tətbiq olunacaq”.
Türkiyə prezidenti, həmçinin, beynəlxalq təşkilatlar və müttəfiqləri Türkiyə xalqının qərarına hörmətlə yanaşmağa çağırıb.
Modern.az