Bərdədə yanğın hadisəsi qeydə alınıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Soğanverdilər kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 24 kvadrat metr olan 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, ona bitişik ümumi sahəsi 18 kvadrat metr olan talvarın yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az