Bu saatlarda müxalifətin birləşdiyi İctimai Palata üzvləri metronun «Sahil» stansiyası yaxınlığındakı “Sahil” bağı həndəvərində icazəsiz etiraz aksiyası keçirməyə cəhd göstəririr. Modern.az-ın əməkdaşı xəbər verir ki, əraziyə ciddi nəzarət edən polis «Sahil» bağının ətrafında “təmizləyir”, maşınlar oradan uzaqlaşdırılır.
"Sahil" bağına mitinqi izləmək üçün gələn bir neçə isveçli jurnalistin saxlanılaraq polis bölməsinə aparıldığı bildirilir.
Bülbül prospektindən «Sahil» metrosuna qədər çoxlu polis maşını gözə dəyir. «Sahil» bağı polis tərəfindən dövrəyə alınıb.
Artıq aksiya iştirakçılarından 10-dan çox adamın polislər tərəfndən saxlanıldığı bildirilir. Onların arasında KXCP üzvü, bayraqdar Elman Türkoğlu, Müsavatçı professor Adil Qeybulla da var.
“Azadlıq” radiosunun məlumatına görə, YAP icra katibi Əli Əhmədov, YAP-çı millət vəkilləri Siyavuş Novruzov və Eldar İbrahimov YAP-ın qərargahından Sahil bağını seyr edirlər.
Modern.az