Modern.az

Üç nazirin görüşü və Urmiya bəyannaməsi

Üç nazirin görüşü və Urmiya bəyannaməsi

17 Aprel 2011, 17:57

Aprelin 16-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. (AzərTAc)
İranın xarici işlər naziri Əli Əkbər Salehinin dəvəti əsasında baş tutmuş görüş Urmiya Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.
Doqquz bənddən ibarət olan bəyannamədə iqtisadiyyatın kompleks inkişafı, türizm, elm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi, terrorizmə, insan alverinə, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə imkanların əlaqələndirilməsi, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq, münaqişələrin dövlətlərin ərazi bötövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində həlli və digər məsələlərə dair üçtərəfli əməkdaşlığın qurulmasına dair prinsiplər əksini tapıb.
Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti görüşü bu ilin oktyabrında Azərbaycanın Naxçıvan şəhərində keçiriləcək.
Bu barədə razılıq hər üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin aprelin 16-da İranın Urmiya şəhərində keçirilən görüşündə əldə olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?