Modern.az

Külli miqdarda dolların Azərbaycandan çıxarılmasının qarşısı alındı

 Külli miqdarda dolların Azərbaycandan çıxarılmasının qarşısı alındı

18 Aprel 2017, 11:57

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, Bakı-Moskva aviareysilə getmək istəyən Rusiya Federasiyası vətəndaşının əşyaları və gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda kağız pulların təsviri görünüb.

 

Vətəndaş saxlanılıb və təkrar yoxlamaya dəvət olunub. Təkrar yoxlama zamanı vətəndaşın gödəkçəsinin və çexolun içərisində olan plaşının ciblərindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan cəmi 180 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla 18.000 ABŞ dolları aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu