Modern.az

Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub

Corctaun Universitetinin professoru ADU-da mühazirə oxuyub

18 Aprel 2017, 14:08

Aprelin 18-də Corctaun Universitetinin professoru Sam Potolicchio Azərbaycan Dillər Universitetinin (ADU) SABAH qruplarında təhsil alan tələbələrə “Yaradıcı düşüncə” mövzusunda mühazirə oxuyub.

 

Modern.az xəbər verir ki,  Sam Potolicchio insanların əqli düşüncə və fiziki bacarıqlarını doğru istifadə etməsi nəticəsində daha məhsuldar və keyfiyyətli həyat tərzi qura biləcəklərini söyləyib. Eyni zamanda asudə vaxtda səmərəli fəaliyyətlə məşğul olmağın zehnivəyaradıcı düşüncənininkişafına səbəb olduğunu da sözlərinə əlavə edib.

Mühazirə tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona yetib.

Qeyd edək ki, S.Potolicchio ABŞ-ın Corctaun Universitetinin Qlobal Səfər Tələbə Proqramının akademik rəhbəridir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu