Modern.az

ABŞ və Yaponiya Şimali Koreya ilə bağlı razılaşdılar

ABŞ və Yaponiya Şimali Koreya ilə bağlı razılaşdılar

18 Aprel 2017, 14:30

ABŞ-nı vitse-prezidenti Maykl Pens və Yaponiyanın baş naziri Sintze Abe Şimali Koreya tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi üçün sıx əməkdaşlıq barədə razılıq əldə ediblər.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tokioda baş tutan görüşdə hər iki siyasətçi 70-80-ci illərdə Koreya xüsusi xidmət orqanları tərəfindən oğurlanaraq barələrində xəbər alınmayan Yaponiya vətəndaşlarının tapılmalı olduğunu bildirib.

 

Pens və Abe Çindən rəsmi Pxenyanın nüvə proqramını inkişaf etdirməməsi üçün səy göstərəli olduğunu da vurğulayıb.

 

Fəridə Şamilova

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu