Modern.az

Şagirdlərin ən çox əziyyət çəkdiyi xəstəliklər – SİYAHI

Şagirdlərin ən çox əziyyət çəkdiyi xəstəliklər – SİYAHI

18 Aprel 2017, 14:48

 

"Məktəblərdə şagirdlərin çox əziyyət çəkdiyi xəstəliklər qamət pozğunluğu, skalioz, kifoz, lordoz, görmə pozğunluqları, həzm və sinir sistemi xəstəlikləridir”.

 

Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin sektor müdiri Tural Qulu "Sağlam təhsil - sağlam millət: görülən işlər, nailiyyətlər, perspektivlər" mövzusunda keçirilən elmi-praktik konfansda çıxışı zamanı deyib.

 

O bildirib ki, sinif otaqlarında oturacaqların düzgün seçilməsi uşaqların qamətinin düzgün formalaşdırılması üçün önəmlidir:

 

“Müəllimlərin bu işə ciddi nəzarəti lazımdır. Vaxtaşırı uşaqların əllərini yuması da gigiyenik baxımdan olduqca önəmlidir. Fasilələrdə idman hərəkətləri etmək, yarışlar təşkil etmək, göz əzələlərini inkişaf etdirmək onların qarşılaşdığı xəstəliklərin profilaktikası üçün vacibdir".

 

T.Qulu bildirib ki, məktəblərdə pilot olaraq yaradılan "Sağlam sinif"lər vasitəsilə bu problemlərin qarşısını almaq üçün tədbirlərin görülməsi nəzərdə tutulur: "Sağlam təhsil üçün görüləcək işlər çoxdur. Bu işlərə oturaq həyat tərzinin azaldılması, düzgün və sağlam qidaların təbliği və s. aiddir".

 

O əlavə edib ki, uşaqların sağlamlığının qorunması da dövlətin əsas prioritetlərindən biridir: "Agentlik də icbari tibbi sığortaya keçəndə 18 yaşdan aşağı uşaqların icbari sığorta haqqından azad olacağı ilə bağlı qərar qəbul etdi. Onların sığorta haqlarının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulub".

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu