Modern.az

Axundov Kitabxanasımda 5 şöbə əsasında 2 şöbə yaradıldı

Axundov Kitabxanasımda 5 şöbə əsasında 2 şöbə yaradıldı

18 Aprel 2017, 14:51

“Milli Kitabxanada günün tələblərinə uyğun olaraq şöbələrin adları dəyişdirilib, beş şöbənin yerində iki şöbə yaradılıb”.

Bu haqda Modern.az-a Mirzə Fətəli Axundov adına Milli Kitabxananın elmi katibi Əminə Cəfərova kitabxanada bir neçə şöbənin bağlanması və işçilərin ixtisar olunması xəbərlərinə aydınlıq gətirərəkən deyib.

 

O qeyd edib ki, şöbələrin birləşməsi insanların ixtisara düşməsi demək deyil:

 

“Ümumilikdə 5 şöbə əsasında 2 şöbə və yeni bölmələr yaradılıb. Hazırda 361 işçimiz var və heç kəs işsiz qalmayıb. İşçilərimiz yeni yaradılan şöbə və bölmələrdə yerləşdirilib”.

 

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu