Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan helikopterin qalıqları aşkarlanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.
Qəza nəticəsində ölənlərdən 7-si polis, 1-i hakim, 1-i gizir, 3-ü heyət üzvü olub.
15:09
Türkiyədə helikiopter qəzası baş verib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Tunceli vilayətində baş verib. Göyərtəsində 7 polis, 2 hakim və 3 pilotun olduğu helikopter radarlardan itirib.
Hakimlərin seçki komissiyasının üzvlüyünə namizəd olduqları bildirilir. Helikopertin axtarışı üçün canlı qüvvə və təyyarələrdən istifadə olunur.
Vüqar İSMAYILOV