Modern.az

"Azərsu"yun Mərkəzi Laboratoriyası beynəlxalq fərqlənmə sertifikatı ilə təltif olunub - FOTO

"Azərsu"yun Mərkəzi Laboratoriyası beynəlxalq fərqlənmə sertifikatı ilə təltif olunub - FOTO

18 Aprel 2017, 15:16

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mərkəzi Laboratoriyası öz fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun davam etdirir. 2015-ci ildə Latviya Dövlət Akkreditasiya Qurumu (LATAK)  tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Laboratoriya hər il akkreditasiya sahəsinə daxil olan metodların sayını artırır. Mərkəzi Laboratoriya dünyanın inkişaf etmiş ölkələrində fəaliyyət göstərən laboratoriyaların təcrübəsini əsas götürərək beynəlxalq səriştəlilik testi proqramlarına qoşulur.

Modern.az xəbər veri ki, Mərkəzi Laboratoriyanın Tullantı Suların Mikrobioloji Analizlərin Aparılması şöbəsinin analiz metodları Amerikanın ERA şirkəti tərəfindən təşkil olunan səriştəlilik testi proqramına təqdim edilib. Dünyanın müxtəlif ölkələrində  fəaliyyət  göstərən 356 laboratoriyanın iştirak etdiyi səriştəlilik testi proqramında Mərkəzi Laboratoriyada tullantı sularında aparılan mikrobioloji analizləri 100 faiz  nəticə toplayaraq fərqlənmə sertifikatı ilə təltif olunub.

Bu nailiyyət Mərkəzi Laboratoriyada analizlərin yüksək keyfiyyətlə aparılmasının, burada tətbiq olunan metodların düzgünlüyünün,  kadrların peşəkarlığının göstəricisidir.

Qeyd edək ki, “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyası  16 sentyabr 2013-cü ildə fəaliyyətə başlayıb. Ümumi sahəsi 1800 kvadratmetr olan laboratoriya binası  içməli su və tullantı suları bölmələrindən ibarətdir. Laboratoriyada Almaniya, Fransa, ABŞ, Yaponiya və digər ölkələrin beynəlxalq səviyyədə tanınmış şirkətlərinin avadanlıqları və cihazları quraşdırılıb. Bu cihaz  və avadanlıqların köməyi ilə içməli su və tullantı sularının fiziki-kimyəvi və bakterioloji göstəricilərini təyin etmək, operativ, dəqiq və etibarlı analizlər aparmaq mümkündür. İstənilən ərazidə və şəraitdə  analizlərin aparılması məqsədilə səyyar laboratoriya kimi fəaliyyət göstərən 6 xüsusi təyinatlı nəqliyyat vasitəsi alınıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu