Modern.az

“Veysəloğlu” şirkəti qida məhsullarını ucuzlaşdırdı

“Veysəloğlu” şirkəti qida məhsullarını ucuzlaşdırdı

18 Aprel 2017, 16:49

“Son vaxtlarda manatın məzənnəsinin ABŞ dollarına nisbətən möhkəmlənməsini nəzərə alaraq “Veysəloğlu” şirkəti distribyuterlik etdiyi idxal mallarının qiymətinə yenidən baxıb və bir sıra ərzaq məhsullarının topdansatış  qiymətini endirib”.


Bu haqda Modern.az-a şirkətin İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Belə ki, şirkət idxal etdiyi və topdansatışını həyata keçirdiyi duru qarğıdalı yağının qiymətini 7%-dək, şəkər tozunu 3%-dək, makaron məhsullarını 6%-dək, müxtəliv növ düyüləri 9%-dək, qarabaşağı 10%-dək, uşaq qidalarını isə 4%-dək ucuzlaşdırıb.

 


Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu